Həbsdə olan polkovnik haqqında YENİ QƏRAR

14:32 - 06 İyun 2024

Həbsdə olan polkovnik haqqında YENİ QƏRAR

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (NMR SHXÇDX) sabiq rəisi polkovnik Mirzə Cəlilovun həbsdə saxlama müddəti uzadılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, polkovnik Cəlilovun həbs müddəti 3 ay 15 gün uzadılıb.

Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az