Çimərliklərdə uşaqlar infeksiyaya yoluxur?

17:10 - 06 Avqust 2025

Çimərliklərdə uşaqlar infeksiyaya yoluxur?

Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Mərkəz tərəfindən monitorinqlər davam etdirilir.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

    Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir.

    Xatırladaq ki, son günlər uşaqlar arasında bağırsaq infeksiyasına yoluxma hallarının qeydə alındığına dair məlumatlar yayılıb.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az