ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 917 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Manset.az xəbər verir ki, fevralın 28-dən martın 3-ü saat 18:00-a qədər sərhədi 204 Azərbaycan vətəndaşı keçib.
Bundan əlavə, Çinin 278, Rusiyanın 127, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 7, Birləşmiş Ərəb Əmirlikləri, və Slovakiya və Belarusun hərəsinin 6, Serbiyanın 5, İordaniyanın 4, İsveçrə 4, Qətər və Banqladeş, Özbəkistan, İran, Meksikanın hərəsinin 3, Filippin, Nepal, Qazaxıstan, Fransa, Türkiyə və Yəmənin hərəsinin 2, Böyük Britaniya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan və Braziliyanın hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub