Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?

23:43 - 10 Yanvar 2023

Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında yanvarın 11-də bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Mobil telefonlardakı hava proqnozu tətbiqlərində qarın günorta 11-dək yağacağı göstərilir.

 

Manset.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az