Qubadan Bakıya gələn avtobus aşdı - RƏSMİ (VİDEO)

09:03 - 11 Yanvar 2023

Qubadan Bakıya gələn avtobus aşdı - RƏSMİ (VİDEO)

Siyəzən rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə açıqlama verilib.

 

Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində “Hyundai” markalı 50-EA-628 markalı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb:

“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az