Qanunsuz ov edən şəxslər cəzalandırıldı - FOTOLAR

10:48 - 11 Yanvar 2023

Qanunsuz ov edən şəxslər cəzalandırıldı - FOTOLAR

Ov qaydalarını pozan dörd nəfər barədə protokol tərtib edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb: “Araşdırma zamanı brakonyerin Sumqayıt şəhər sakini Ruslan Xələfov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Keçirilən nəzarət tədbirləri zamanı, eyni zamanda Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasından, Ağstafaçay, Qarqarçay çaylarından və Yuxarı Qarabağ kanalından ümumilikdə 186 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Neftçala rayon sakini Aydın Əzizov, Qobustan rayon sakini İqbal Xocaməmmədov, Naftalan şəhər sakinləri Nicat Əliyev və Elsevər Bədəlov saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az