Ötən gecə Abşeron rayonunda mövcud hava şəraiti ilə bağlı DYPŞ-nin əməkdaşları tərəfindən Saray-Novxanı yolunun buz bağlamış hissələrinə qum-duz səpilib.
Manset.az xəbər verir ki, havanın kəskin şaxtalı olmasına baxmayaraq Yol Patrul Xidmətinin əməkdaşları öz vəzifələrini layiqincə icra edərək, hərəkətin təhlükəsizliyini tam təmin ediblər.
Abşeron DYPŞ-nin Baş inspektoru, polis baş leytenantı Əli Cavadov bildirib ki, havaların kəskin soyuması ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır:
“Hazırda yollara duz-qum səpilib. Sürüşüb yoldan çıxan avtomobillər polislərin köməyi ilə çıxarılır. Yollarda nəqliyyatın hərəkəti tənzimlənir”.