Qəbiristanlıqdan oğurluq edənlər tutulub - VİDEO

13:24 - 13 Yanvar 2023

Qəbiristanlıqdan oğurluq edənlər tutulub - VİDEO

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Mnaset.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ata Məmmədli, Orxan Orucov və Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaları da müəyyən olunub. Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az