Çin və Tayvan müharibəsi başlayır?

14:31 - 27 May 2025

Çin və Tayvan müharibəsi başlayır?

Son 24 saat ərzində Tayvan ətrafında Çinə məxsus 61 hərbi təyyarə və 10 gəmi aşkar edilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin rəsmi "X"  hesabında məlumat verilib.

Yayılan məlumata görə, Çin Hərbi Hava Qüvvələrinə məxsus J-16 döyüş təyyarələri və KJ-500 erkən xəbərdarlıq təyyarəsi də daxil olmaqla 52 təyyarə Tayvan boğazında tərəflər arasında təmas xətti hesab olunan "media xəttini" keçib. Bu təyyarələr Tayvanın elan etdiyi "Havadan Müdafiə Zonası"nın (ADIZ) şimal, mərkəz, şərq, cənub-qərb və cənub-şərq hissələrində uçuşlar həyata keçiriblər.

Bundan əlavə, Çin donanmasına aid 9 döyüş gəmisi və 1 rəsmi gəmi də Tayvan adası ətrafında müşahidə olunub. Tayvan ordusu vəziyyəti izlədiyini və adekvat cavab tədbirləri gördüyünü açıqlayıb.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və adanı materiklə birləşdirmək niyyətindədir. 1949-cu ildən de-fakto müstəqil olan Tayvanla Çin arasında uzun müddətdir davam edən siyasi və hərbi gərginlik son illərdə Pekinin artan təzyiqləri fonunda daha da güclənib. Pekin, zərurət yarandığı təqdirdə, Tayvanı ələ keçirmək üçün güc tətbiqindən çəkinməyəcəyini bildirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv