2027-ci ildə bəşər tarixində nadir bir təbii hadisə baş verəcək və 2 avqust tarixində səma tam qaranlığa qərq olacaq. Bu, tam Günəş tutulmasıdır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, onun müddəti təxminən 7 dəqiqə olacaq.
Tutulma nə vaxt baş verəcək?
Tam Günəş tutulması, Ayın Günəşi tamamilə əhatə etdiyi zaman meydana gəlir. Bu müddət ərzində gündüz vaxtı olan ərazilərdə bir neçə dəqiqəlik qaranlıq müşahidə edilir. Bu hadisənin ən maraqlı anı "bütövlük" adlanan tam qaranlıq bölgə olur.
7 dəqiqə davam edəcək
2027-ci il üzrə planlaşdırılan tam Günəş tutulması 6 dəqiqə 23 saniyə və ya təxminən 7 dəqiqə davam edəcək. Bu, 1991-ci ildən bəri müşahidə edilən ən uzun tam tutulma olacaq. Bundan əlavə, bu tutulma 21-ci əsrdə quruda görünən ən uzun tutulma kimi tarixə düşəcək. Mütəxəssislər bildirirlər ki, bu uzunluqda növbəti tutulma yalnız 87 ildən sonra olacaq.
Tutulma yolu və müşahidə məkanları
Tutulma yolu Misirin tarixi şəhəri Luksordan keçəcək və burada tutulma daha aydın görünəcək. Astronomlar bu hadisəni "Böyük Şimali Afrika tutulması" adlandırıblar. Lakin, tutulma yalnız Afrika ilə məhdudlaşmayacaq. Türkiyədən də qismən müşahidə etmək mümkündür.
Astroturizm və səma həvəskarları
Bu hadisə, "astroturizm" maraqlı olanlar üçün böyük bir fürsət olacaq. Bəzi ölkələrdə artıq bu tutulmaya xüsusi turlar təşkil olunur. Türkiyədən çox sayda təbiət və astronomiya həvəskarının da bu tarixi anı izləmək üçün xüsusi turlar təşkil edəcəyi gözlənilir.
Gələcək tutulmalar
2026 və 2028-ci illərdə də tam Günəş tutulmaları baş versə də, heç biri 2027-ci il tutmasındakı qədər uzun və təsirli olmayacaq. Mütəxəssislər bu hadisəni "həyatda bir dəfə" şans olaraq qiymətləndirirlər.