logo
logo logo
logo

Zimbabvedə bərə qəzası - Ölənlərin sayı artdı

17:54 - 16 Avqust 2026

Zimbabvedə bərə qəzası - Ölənlərin sayı artdı

Kariba gölündə qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.


Manset.az xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

"Avqustun 11-də Kariba gölündə qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı daha səkkiz cəsədin tapılmasından sonra 80-ə yüksəlib", - paylaşımda bildirilib.

Daha əvvəl 72 nəfərin cəsədinin tapıldığı bildirilmişdi. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Bu əməliyyatlarda təkcə peşəkar xilasedicilər deyil, həm də yerli dənizçilər iştirak edirlər.

Qeyd edək ki, avqustun 11-də Zimbabvedəki Kariba gölündə 90 sərnişin daşınmasına icazə verilən, bunun əvəzinə göyərtəsində 160-a yaxın sərnişinin olduğu bərə aşıb. Hakimiyyət orqanlarının məlumatına görə, gəminin aşmasına həddindən artıq yüklənmə və güclü külək səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az