Yunanıstanın Sifnos adasında özəl helikopterin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, helikopter Egey dənizində yerləşən adanın Tolos ərazisində naməlum səbəbdən qəzaya uğrayıb.
İlkin məlumata əsasən, helikopterin göyərtəsində iki kişi və bir qadın olmaqla üç nəfər olub. Onların hamısının həyatını itirdiyi bildirilir.
Hadisənin helikopterin Tolos ərazisindəki meydançadan havaya qalxmasından dərhal sonra baş verdiyi qeyd olunur. Helikopter yaşayış məntəqəsinə düşüb, lakin heç bir evə ziyan dəyməyib.
Qəza nəticəsində helikopter alışıb. Yanğınsöndürənlər hadisə yerində işləyir.
Hadisə ilə bağlı araşdırma başlanılıb.