Boğulma hallarında müdaxilə müddətini qısaltmaq məqsədi daşıyan yeni texnologiya Çində hazırlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, süni intellektlə təchiz edilmiş “uçan xilasedici halqa” suya düşən insanları müəyyənləşdirərək qısa müddətdə havadan onların yanına çata bilir.
Yeni texnologiya suda xilasetmə əməliyyatlarında istifadə olunmaq üçün hazırlanıb. Sistem suya düşən şəxsi müəyyən etdikdən sonra havadan onun olduğu istiqamətə hərəkət edir.
Şəxsin yanına çatdıqda suyun üzərində dayaq rolunu oynayan qurğu onun suda qalmasına və üzməsinə kömək edir. Xilasetmə tapşırığını başa çatdırdıqdan sonra isə qurğu özü-özünə ilkin nöqtəyə qayıda bilir.
Xilasetmə əməliyyatlarında saniyələrin belə böyük əhəmiyyət daşıdığı bildirilir. Çində sınaqdan keçirilən süni intellekt əsaslı sistemin müdaxilə müddətini qısaltmaqla boğulma hallarının qarşısının alınmasına və insanların həyatının xilas edilməsinə töhfə verməsi nəzərdə tutulur.