ABŞ-nin Alyaska ştatında 6.3 bal gücündə zəlzələnin qeydə alındığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Qrafik Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanlar Alyaskanın Nikolski bölgəsində meydana gəlib.
USGS-dən verilən açıqlamada zəlzələnin Nikolski şəhərindən 167 kilometr qərbdə baş verdiyi diqqətə çatdırılıb. Təkanların ocağı 83 kilometr dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələdən sonra hər hansı tələfat və ya ciddi dağıntı barədə rəsmi məlumat daxil olmayıb.