Səudiyyə Ərəbistanında Husilərə məxsus pilotsuz uçuş aparatının (PUA) havada zərərsizləşdirilməsi zamanı Tayif şəhərinə düşən qəlpələr nəticəsində 1 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi yazılı bəyanat yayıb.
Həyatını itirən şəxsin Yəmən, yaralananlardan birinin Səudiyyə Ərəbistanı, digərinin isə Pakistan vətəndaşı olduğu bildirilib. Pakistanlı yaralının vəziyyətinin ağır olduğu qeyd edilib.
Açıqlamada həmçinin hadisə zamanı bəzi tikililərə və nəqliyyat vasitələrinə ziyan dəydiyi vurğulanıb.