logo
logo logo
logo

"Qərb Rusiya ilə müharibəyə hazırlaşır" - Sergey Lavrov

19:26 - 17 Sentyabr 2026

\"Qərb Rusiya ilə müharibəyə hazırlaşır\" - Sergey Lavrov

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiya ilə mümkün bir müharibəyə hazırlaşdığını iddia edərək, qərbli rəhbərlərin "Rusiya təhlükəsi" ritorikasını yaydığını müdafiə edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, S.Lavrov paytaxt Moskvada təşkil olunan "Beynəlxalq Rusiya Sevərlər Hərəkatı" konqresində iştirak edib.

Konqresdə çıxış edən nazir Qərbin Rusiyaya qarşı addımlarını şərh edərkən bildirib: "Qərb elitası Rusiyadan təhlükə gəldiyi barədə uydurmanı mənimsəyib. Qərb ölkəmizə qarşı müharibəyə hazırlıq görür".

Rusiyanın təhlükəsizliyinə qarşı yönələn təhdidlərə cavab verəcəklərini vurğulayan Lavrov bunun üçün lazımi imkanlara sahib olduqlarını ifadə edib.

Lavrov həmçinin "Avropanın Kiyev rejimini dəstəkləməklə nasizmi mənimsədiyini və bunun utancverici olduğunu" bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az