ABŞ-ın pop ulduzu Taylor Swift-i Nyu-Yorkdakı evinin ətrafında gizli təqib edən 33 yaşlı Devid Krou həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə zamanı Svift evdə olmayıb.
Ötən şənbə günü polisə bildirilən hadisənin şahidlərindən biri təcavüzkarın uzun müddətdir evi izlədiyini etdiyini iddia edib:
“Onu ilk dəfə günortadan sonra gördüm; Teylorun qapısına tərəf getdi. Bir neçə həftə ərzində məhəlləni, xüsusən də Sviftin yaşadığı ərazini gəzdiyinin şahidi oldum".
Qeyd edək ki, Swift və menecerindən indiyə qədər baş verənlərlə bağlı heç bir açıqlama verilməyib.
Əfsanə
Manşet.az