“Rəy” Monitorinq Mərkəzimin "exit-poll" nəticələri

20:33 - 07 Fevral 2024

“Rəy” Monitorinq Mərkəzimin \"exit-poll\" nəticələri

“Rəy” Monitorinq Mərkəzi növbədənkənar prezident seçkilərində 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib.

 

Manset.az xəbər verir ki, bu barədə Mərkəzin direktoru Rizvan Abbasov fevralın 7-də keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, “exit-poll” da mərkəzin 300-ə yaxın əməkdaşı iştirak edib.

“Exit-poll”un nəticələri belə olub:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 92.6 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 0.46 faiz;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc- 0.37 faiz;

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa-0.58 faiz;

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.11 faiz;

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev- 1.16 faiz;

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev-0.84.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az