“30 il sonra Azərbaycanın bütün torpaqlarında, o cümlədən işğaldan azad olunan Qarabağda yüksək seçici fəallığı ilə keçirilən seçkidə yenidən qalib gələn Can Azərbaycanın cənab Prezidenti İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm”.
Manset.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X”dəki hesabında yazıb.
“Azərbaycanlı qardaşlarımız onun liderliyi altında neçə-neçə zəfərlər qazanmağa davam edəcəklər”, - M.Çavuşoğlu bildirib.