Şagirdlərin zəhərləndiyi dönərxana bağlandı

13:41 - 10 Dekabr 2025

Şagirdlərin zəhərləndiyi dönərxana bağlandı

Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.


Manset.az xəbər verir ki, Gəncədə baş verən hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) tərəfindən nəzarətə götürülüb.

"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.

Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur" dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az