Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edildi

17:34 - 03 Fevral 2026

Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edildi

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb. 


Manset.az xəbər verir ki, diplomatı salamlayan nazir Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. 

Adil Kərimli dövlət tərəfindən ölkəmizdə mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini deyib.Görüşdə bu il ölkəmizdə yeddinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az