Əməkdar artist Firuzə İbadova ilk dəfə xəstəliyinin nə olduğunu açıqlayıb.
Manset.az xəbər verir ki, o bu barədə "Şadlıq olsun" verilişinə telefonla bağlanarkən bildirib.
Firuzə İbadova, onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb:
"Məndə möcüzə oldu. Həkimlər görüntü ilə əməliyyat etdilər. Şişlər var idi. Beş şiş çıxartdılar. Biri mədəmin altında, üçü göbək ətrafımda, biri isə fərqli yerdə idi. Fəsadlar törədirdi, ayaqlarım tutulurdu. Şişlər çıxarılanda altında toxumalar olur. Həkim onları təmizlədi".