Onlarla məşq etmək istəyənlər 150 min dollar ödəməlidir

00:00 - 28 Fevral 2024

Onlarla məşq etmək istəyənlər 150 min dollar ödəməlidir

Martın 3-də ABŞ-nin Las-Veqas şəhərində Rafael Nadalla Karlos Alkaras arasında oyun keçiriləcək. Həmin oyuna qədər isə tennisçilər məşq edəcəklər.

 

Manset.az  xəbər verir ki, proqramın təşkilatçısı dünyaca məşhur “Netflix” platformasıdır. Onlar proqrama məşhur tennisçilərlə məşqləri də daxil ediblər. 

Sözsüz ki, məşqlər pulludur. Tanınmış tenisçilərlə eyni kortda məşq etmək istəyən şəxs 150 min ABŞ dolları ödəməlidir.

Belə bir qiymətə nəyin daxil olduğu da dəqiq deyil.

Artıq Nadal və Alkarasla məşq etmək üçün satılan biletlər tükənib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin