“Onun Heydər Əliyevə verdiyi söz motivasiya oldu” - Qurban Qurbanov

14:14 - 28 Fevral 2024

“Onun Heydər Əliyevə verdiyi söz motivasiya oldu” - Qurban Qurbanov

“Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl mənə “Heydər Əliyevə bu komandanı Avropada tanıdacağıma söz verdim” demişdi. Bir azərbaycanlı olaraq bu mənim üçün böyük motivasiyadır”.

 

Manset.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Anadolu Agentliyinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis fəaliyyətinə də bu motivasiya ilə başladığını bildirib: “İlk ilimizdə çempion olmasaq da, Azərbaycan kubokunu əldə etdik. UEFA Avropa Liqasında pley-off-a qədər irəlilədik. Bu o vaxt üçün böyük uğur idi”.

Q.Qurbanov komandasını səfər oyunlarında dəstəkləyən türkiyəli azarkeşlərə də təşəkkür edib: “Biz həqiqətən qardaşıq. Hər zaman bir-birimizin yanında olduq. Türk xalqına böyük hörmətim və etimadım var. Türkiyəli tərəfdarlar bizi öz komandaları olaraq görürlər. Səfər matçlarında gəlib “Qarabağ”a dəstək verirlər”.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin