Bu ölkədə dənizin rəngi dəyişdi - SƏBƏB (FOTO)

17:12 - 28 Fevral 2024

Bu ölkədə dənizin rəngi dəyişdi - SƏBƏB (FOTO)

Mərmərə dənizinin Tekirdağ sahili sularında ancaq mikroskopla görünən canlı varlıqların (plankton) çoxalması dəniz suyunun rənginin narıncı və qəhvəyi olmasına səbəb olub.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, sahilin bəzi yerlərində dənizin rənginin dəyişməsi vətəndaşları təəccübləndirib.

Tekirdağ Namık Kamal Universiteti (NKÜ) Fən-Ədəbiyyat Fakültəsi Biologiya Bölümü Müəllim Prof. Dr. Dəniz Şirin dəniz suyunun istiliyinin artması ilə əlaqədar meydana gələn planktonların çoxalmasının təbii bir proses olduğunu bildirib.

Planktonun çoxalmasının və təsirlərinin illərlə dəyişməsinin qlobal iqlim dəyişikliyinin nəticələrindən biri olduğunu vurğulayan Şirin, suyun rənginin dəyişməsinin heç bir mənfilik yaratmadığını qeyd edib.

Süleymanpaşa Balıqçılıq Kooperativinin sədri İbrahim Pehlivanoğlu, sahilin bəzi yerlərində meduza ilə birlikdə planktonun artımının müşahidə edildiyini deyib.

Narahat olacaq bir şey olmadığını deyən Pehlivanoğlu, temperaturun yüksəldiyi dövrlərdə bu mənzərələrlə qarşılaşdıqlarını bildirib.

Jalə 

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin