"Qarabağ"ın hücumçusu zədələndi

20:18 - 28 Fevral 2024

"Qarabağ"ın futbolçusu Olavio Juninyo zədələnib.

 

Manset.az xəbər verir ki, 27 yaşlı hücumçu "Qəbələ"yə qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış oyunda sıradan çıxıb.

Braziliyalı forvardın yerinə 40-cı dəqiqədə Leandro Andrade meydana daxil olub.

Qeyd edək ki, hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin