Bu həftə 6 gün işləyəcəyik?
30 Aprel 2024
21:17 - 28 Fevral 2024
Bu gün Misli Premyer Liqasının 23-cü turundan təxirə salınan “Qəbələ” – “Qarabağ” matçı oynanılıb.
Manset.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçirilib. Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "Qəbələ"nin yeni baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk oyunu olub.
Qeyd edək ki, "Qarabağ" bu qələbə ilə xalını 57-ə çatdırıb və ən yaxın izləyicisi "Sumqayıt"la (36 xal) xal fərqini 21-ə yüksəldib.
19:00. “Qəbələ” – “Qarabağ” - 0:4
Qollar: Adama Diakabi, 47, Riçard Almeyda, 59-pen. Nəriman Axundzadə, 65, Marko Yankoviç, 80
Qırmızı vərəqə: Feras Abu Akal, 52 ("Qəbələ")
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 24 | 18 | 3 | 3 | 61-20 | 57 |
2 | Sumqayıt | 24 | 9 | 9 | 6 | 23-27 | 36 |
3 | Neftçi | 24 | 10 | 6 | 8 | 27-22 | 36 |
4 | Zirə | 24 | 9 | 8 | 7 | 17-13 | 35 |
5 | Səbail | 24 | 9 | 7 | 8 | 36-35 | 34 |
6 | Turan Tovuz | 24 | 8 | 7 | 9 | 37-34 | 31 |
7 | Sabah | 24 | 8 | 7 | 9 | 33-30 | 31 |
8 | Araz-Naxçıvan | 24 | 8 | 7 | 9 | 26-31 | 31 |
9 | Kəpəz | 24 | 6 | 5 | 13 | 22-41 | 23 |
10 | Qəbələ | 24 | 4 | 3 | 17 | 16-45 | 15 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 15 qol
Aleksandr Ramalinqom ("Səbail") - 11 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol
Yassin Benzia ("Qarabağ") - 9 qol
Pedro Nuno ("Səbail") - 7 qol
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin