Brüsseldə Türk məhəlləsindəki kafeyə silahlı hücum

10:10 - 30 Aprel 2024

Brüsseldə Türk məhəlləsindəki kafeyə silahlı hücum

Belçikanın paytaxtı Brüsseldə Türk məhəlləsi kimi tanınan Schaerbeekdə kafedə oturan şəxsə naməlum şəxs silahlı hücum edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum edən şəxs dəfələrlə atəş açıb, hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Hücuma məruz qalan şəxs ağır yaralanıb.

Hücumla bağlı prokurorluq tərəfindən istintaq başladılıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin