Bakı polisindən əməliyyat: Saxlanılanlar var - VİDEO

16:50 - 13 Mart 2024

Bakı polisindən əməliyyat: Saxlanılanlar var - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 ədəd “Kalaşnikov” avtomatı, 59 ədəd patron və 2 ədəd patron darağı aşkar olunaraq götürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin, İdarə əməkdaşları tərəfindən fevral ayının əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb.

Həmin şəxslərdən 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib. Qeyd edilən dövrdə vətəndaşlarla aparılan profilaktik söhbətlər zamanı 13 ədəd odlu silah və 3600 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin