Nasaz avtomobilindən düşdü, digər maşın vurub ÖLDÜRDÜ

20:30 - 14 Mart 2024

Nasaz avtomobilindən düşdü, digər maşın vurub ÖLDÜRDÜ

Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib.

 

Manset.az  xəbər verir ki, hadisə magistralın Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai Getz” markalı minik maşını hərəkətdə olarkən, eyni istiqamətdə nasaz vəziyyətdə dayanan Lənkəran rayon sakini 1957 - ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus “Mercedes” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “Mercedes” avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. ("Qafqazinfo")


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin