Qazaxda avtomobil dirəyə çırpıldı - Xəsarət alanlar var

09:25 - 21 Mart 2024

Qazaxda avtomobil dirəyə çırpıldı - Xəsarət alanlar var

Qazax rayonunun Aslanbəyli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Manset.az Repot-a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılması nəticəsində 2003-cü il təvəllüdlü K.Həsənov və 2002-ci il təvəllüdlü S.Misirməmmədov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin