İstixanadan 10 min manatlıq oğurluq edənlər saxlanıldı

13:53 - 23 Mart 2024

İstixanadan 10 min manatlıq oğurluq edənlər saxlanıldı

Maştağada istixanadan 10 min manatlıq elektrik avadanlıqları oğurlayanlar saxlanılıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırmalar aparılır.

O.Rüstəmov, R.Cəfərov və E.Xıdırovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin