Kür çayında qanunsuz balıq ovlayan şəxs saxlanıldı

16:07 - 23 Mart 2024

Kür çayında qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və hüquqazidd əməlləri törədən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, idarənin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Kür çayında qanunsuz olaraq balıq ovu ilə məşğul olan N.Məmmədov saxlanılıb.

Həmin şəxsdən ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin