Bolqarıstan və Rumıniya üçün 17 illik gözləmə bitdi

12:04 - 1 Aprel 2024

Bolqarıstan və Rumıniya üçün 17 illik gözləmə bitdi

Rumıniya və Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına (Aİ) üzv olduqdan 17 il sonra Şengen ölkələrinə, vizasız səyahət zonasına daxil edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, X sosial mediaya platformasında etdiyi şərhdə AB Komissiyasının sədri Ursula von der Leyen Bolqarıstan və Rumıniyanın bu gündən etibarən hava və dəniz sərhədlərinə nəzarətin ləğv edildiyini açıqlayıb.

Von der Leyen bunun bütün Avropada milyonlarla Aİ vətəndaşına fayda verəcəyini və Şengen zonasını daha da gücləndirəcəyini bildirib.

Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson da növbəti mərhələdə quru sərhədlərində nəzarətin aradan qaldırılacağını və bunun il boyu üzv dövlətlər arasında danışıqlarda müzakirə ediləcəyini bildirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin