Şəmkirdə usta işlədiyi evdə ÖLDÜ

12:06 - 9 Aprel 2024

Şəmkirdə usta işlədiyi evdə ÖLDÜ

Şəmkirdə usta işlədiyi evdə ölüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən ikimərtəbəli evin damında işləyən 1954-cü il təvəllüdlü Azər Heydərovun naməlum səbəbdən öldüyü bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

İlkin ehtimala görə, A.Heydərov ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin