Sabirabadda ilk “Kontakt” mağazasının açılışında sevinc dolu anlar - 60%-DƏK ENDİRİMLƏR

11:30 - 30 Aprel 2024

Sabirabadda ilk “Kontakt” mağazasının açılışında sevinc dolu anlar - 60%-DƏK ENDİRİMLƏR

“Kontakt” sevinc gətirdiyi bölgələr sırasına birini də əlavə etdi.  Belə ki, şəbəkə bir neçə gün əvvəl Sabirabadda ilk mağazasının açılış tədbirini keçirib. Musiqili və olduqca əyləncəli keçən rəsmi açılışda bölgə sakinləri müxtəlif müsabiqələrdən bolca hədiyyələr də qazanıblar.

Ümumilikdə, 1000 m2 sahəyə malik bu ikimərtəbəli mağazanın birinci mərtəbəsində rəqəmsal avadanlıqlara – smartfon, notbuk, smart saat, qulaqlıq, televizor; böyük və kiçik məişət texnikasına; qab-qacaqlara; ikinci mərtəbəsində isə mebel və ev tekstilinə aid istənilən zövq və büdcəyə uyğun geniş çeşidlər var.

Hər növ məhsul kateqoriyasını bir ünvanda cəmləyən şəbəkə mağazanın açılışına özəl olaraq ən sərfəli şərtlər ilə alış-veriş imkanı da yaradıb. Belə ki, ziyarətçilər mağazadakı məhsulları nağd alışda 60%-dək endirimlərlə alaraq xeyli qənaət edə biliblər.

“Kontakt”ın “Sabirabad” mağazasının açılış təklifləri kredit alıcılarını da sevindirib. Çünki mağaza ziyarətçilərinə ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlərlə smartfon və notbuklar 12 ay; smart saat, qulaqlıq, televizor, məişət texnikası, qab-qacaq və ev tekstili 18 ay; mebeller isə düz 24 aylıq müddətə təklif olunur.

Qeyd edək ki, həm nağd, həm də hissəli alışda olan bu güzəştlər sadəcə mayın 5-dək davam edir.

Açılış təkliflərindən:

Elə isə “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyib bütün açılışa özəl təklifləri Sabirabad Rayon Məhkəməsi ilə üzbəüz yerləşən “Kontakt” mağazasında yaxından görməyə gəlin.

Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin