Millimizin oyunları ləğv edildi

18:20 - 17 May 2024

Millimizin oyunları ləğv edildi

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.

 

Manset.az  xəbər verir ki, bu barədə AFFA-nın məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq.

Buna səbəb Gürcüstan millisinin Azərbaycana səfər edə bilməməsidir.

Qeyd edək ki, U-17-nin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin