Ötən ay dünyada “ən isti mart” kimi qeydə alındı

15:44 - 9 Aprel 2024

Ötən ay dünyada “ən isti mart” kimi qeydə alındı

Avropa Birliyinin (AB) Kopernik peyk izləmə sistemi keçən ayın dünyada indiyə qədər qeydə alınan "ən isti mart" olduğunu açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçən ay orta səth hava istiliyi 14,14 dərəcə olaraq ölçülüb.

Açıqlamada, bu ölçünün yanvar ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə, 2020-ci ildə qeydə alınan əvvəlki ən isti mart ayından isə 0,10 dərəcə yuxarı olduğu ifadə edilib.

Açıqlamaya görə, ötən ay qlobal miqyasda indiyə qədər qeydə alınan "ən isti mart", ardıcıl olaraq son 10 ay isə indiyə qədər qeydə alınan ən isti ay olub.

Son 12 ayda (2023-cü ilin aprel - 2024-cü ilin mart ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,70 dərəcə yüksək olub.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin