Futbolçu qadın vəhşicəsinə qətlə yetirildi

16:44 - 9 Aprel 2024

Futbolçu qadın vəhşicəsinə qətlə yetirildi

Argentina Mendoza şəhərində yaşayan futbolçu Florensiya Quinazu keçmiş əri tərəfindən öldürülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatıan görə, şübhəli şəxs İqnasio Aqustin Notto daha sonra özü də intihar edib.

30 yaşlı qadının yaxınları müvəffəqiyyətli futbolçunun keçmiş həyat yoldaşını 5 ay əvvəl polisə xəbər verdiyini və onun barəsində həbs qətimkan tədbiri almağa çalışdığını deyib.

Nottonun evində Quinazuya hücum etdiyi və əvvəlcə onu döydüyü, sonra da boğduğu açıqlanıb.

Nottonun hadisədən az sonra keçmiş həyat yoldaşının yanında intihar etdiyi də qeydə alınıb.

Yerli media orqanı O Globo yazıb ki, intihar etmədən öncə qeyd yazıb. Qeyddə "Polis çağırın. Uşaqlar içəridə təkdir" ifadəsi yer alıb.

Hadisə zamanı Quinazunun 5 və 7 yaşlı iki uşağının PlayStation oynadığı və qonşuların vəziyyəti polisə bildirməsindən sonra səlahiyyətlilərin evə gəldiyi bildirilib.

Guinazunun üzvü olduğu "Atletiko Argentino" futbol komandası verdiyi açıqlamada, "Komanda yoldaşımızın məişət zorakılığı nəticəsində vəfat etməsi bizi dərindən kədərləndirdi. Dünən onun keçmiş əri İqnasio Notto ona qarşı zorakılıq tətbiq edib, Quinazunu öldürüb, daha sonra özü intihar edib”.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin