Kadırovun verdiyi qərar gündəm oldu

16:54 - 9 Aprel 2024

Kadırovun verdiyi qərar gündəm oldu

Çeçenistan lideri Ramzan Kadırov verdiyi qərarla beynəlxalq ictimaiyyətin gündəminə düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən gün mədəniyyət naziri Musa Dadayevlə görüşən Kadırov bəzi musiqi növlərini qadağan edib.

Beləki, Kadırov çox sürətli və ya çox ləng musiqinin ictimai yerlərdə səsləndirilməsini qadağan edib.

Kadırovun Dadayevlə görüşündən sonra verdiyi fərmanla tempi dəqiqədə 80-116 vuruş arasında olan mahnıların səsləndirilməsinə icazə verildiyi, digər templi mahnıların isə qadağan edildiyi bildirilib. Elvis Presley, Miley Cyrus, Bruno Mars kimi sənətçilərin bu tempdə mahnıları olduğu qeyd edilərkən, Rusiya Dövlət Himninin də bu tempdə olduğu və bu səbəbdən qadağan olunacağı proqnozlaşdırılır.

Dadayev açıqlama verərkən, “Bu qərar çeçen musiqi və rəqs əsərlərinin çeçen mentaliteti və musiqi ritminə uyğun olmasını təmin etməklə, çeçen xalqının mədəni irsini xalqımıza və uşaqlarımızın gələcəyinə daşımaq məqsədi daşıyır” deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin