Qızıl qaçaqmalçılarının ağılasığmaz planı

17:04 - 9 Aprel 2024

Qızıl qaçaqmalçılarının ağılasığmaz planı

Honq-Konqdan Yaponiyaya gedən yükdə 10 milyon dollarlıq qızıl ələ keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qaçaqmalçılar 146 kiloqram qızılı maşın hissələrinə və vintlərə çevirərək gömrükdən keçirməyə cəhd ediblər.

Hökumətin bəyanatında deyilir ki, gömrük əməkdaşları yoxlama zamanı iki hava kompressorunun bir hissəsi kimi "qəliblənmiş və kamuflyaj edilmiş" gizlədilmiş 146 kiloqram qızıl aşkar ediblər.

Mətbuata təqdim edilən fotoşəkillərdə qızılın vida və silindrşəkilli parçalara formaya salındığı və bunu gizlətmək üçün üzərlərinə bir qat gümüş boya ilə örtüldüyü görünüb.

Rəsmilər, qaçaqmalçıların Yaponiyada təxminən 10 faiz idxal tariflərindən qaçmaq üçün bu yolu seçdiklərini söyləyib.

Qeyd olunub ki, əgər qaçaqmalçılar tutulmasaydı, onlar 1 milyon dollar vergidən yayınacaqdılar.

Əfsanə Rəcəb

Manşet.az

 

 



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin