Türkiye Silahlı Qüvvələri daha 3 terrorçunu zərərsizləşdirib

17:25 - 9 Aprel 2024

Türkiye Silahlı Qüvvələri daha 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalı Qarada  həyata keçirdiyi əməliyyatda  3 terrorçunu zərərləşdirib.

 

Manset.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK ilə mübarizəni davam etdirir.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 6-da İraqın şimalında həyata keçirilən hava əməliyyatında daha 3 terrorçunun zərərsizləşdirildiyi müəyyən edilib.

Beləliklə, aprelin 6-da bölgədə zərərsizləşdirilən terrorçuların sayı 9-a yüksəlib.

Jalə

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin