Paşinyan Şoltsla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

18:01 - 9 Aprel 2024

Paşinyan Şoltsla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.

 

Manset.az Trend-ə istinadən bildirir ki, bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üzrə prinsiplərin təhrif edilməsinin yolverilməz olduğunu bildirib.

Xatırladaq ki, Nikol Paşinyan aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşündən əvvəl mətbuat konfransında Ermənistanın Azərbaycanla münasibətlərin normallaşmasına sadiq olduğunu deyib.

"Azərbaycanla 1991-ci il Almatı bəyannaməsi çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşmasına sadiqik. Biz həmçinin sərhədlərin delimitasiyası və tranzit marşrutlarının açılmasının tam tərəfdarıyıq", - o deyib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin