Tehrandan Brüssel görüşünə REAKSİYA

23:14 - 9 Aprel 2024

Tehrandan Brüssel görüşünə REAKSİYA

İran aprelin 5-də Brüsseldə keçirilən Avropa İttifaqı-ABŞ-Ermənistan üçtərəfli görüşünə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb.

O bildirib ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.

Sözçü qeyd edib ki, sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq vacibdir.

"Bu baxımdan regional formatların imkanlarından, o cümlədən "3+3" formatından istifadə etmək əhəmiyyətlidir. Bu xüsusda sülh və sabitliyi möhkəmləndirmək və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək lazımdır”, - sözçü bildirib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin