Bu ölkənin valyutası KƏSKİN UCUZLAŞDI

21:24 - 11 Aprel 2024

Bu ölkənin valyutası KƏSKİN UCUZLAŞDI

Aprelin 11-də Yaponiyanın milli valyutası olan yenin məzənnəsi Nyu-Yorkda keçirilən hərraclarda 1990-cı ilin iyunundan bəri ən aşağı həddə düşüb. Nyu-York hərraclarında 1 ABŞ dollarının mübadiləsi 153,14-153,24 yen, Tokioda isə 151,84-151,85 yen intervalında aparılıb.

 

Manset.az xəbər verir ki, buna səbəb ABŞ-da istehlak qiymətləri indeksinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artması göstərilir. İnvestorların ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin aşağı salınmasını ertələyəcəyinə dair gözləntiləri daha da çoxalıb. Buna görə də onlar aktivlərin yapon yeni ilə deyil, dollarla saxlanmasına üstünlük verməyə başlayıblar.

Qeyd edək ki, Yaponiya Mərkəzi Bankı son 17 ildə ilk dəfə faiz dərəcələrini artırsa da, hələlik yumşaq mövqe tutacağını açıqlayıb.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin