Paşinyanın Putinin andiçmə mərasiminə getməyəcəyi dəqiqləşdi

12:16 - 6 May 2024

Paşinyanın Putinin andiçmə mərasiminə getməyəcəyi dəqiqləşdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyi dəqiqləşib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.

Simonyan jurnalistlərin Paşinyanın andiçmə mərasimində iştirak etmək üçün Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı suala “Xeyr” cavabını verib. 

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası öz mənbələrinə istinadən Paşinyanın Putinin andiçmə mərasimində iştirak etməyəcəyini yazmışdı.

Onu da qeyd edək ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin