Külək axşama doğru zəifləyəcək - Proqnoz

13:45 - 12 Aprel 2024

Külək axşama doğru zəifləyəcək - Proqnoz

Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.

 

Manset.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, külək axşama doğru zəifləyəcək: "Aprelin 13-ü və 14-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq. Bölgələrdə də aprelin 13-də yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin hava şəraiti ayın 13-ü gündüz bəzi dağlıq ərazilərdə, 14-ü gündüz dağlıq ərazidən başlayaraq, 15-i axşamadək isə bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir".

G.Məmmədova qeyd edib ki, havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin