Kürdə suyun səviyyəsi artıb

13:30 - 14 Aprel 2024

Kürdə suyun səviyyəsi artıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb.

 

Manset.az xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib.

Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb. Proses hələ də davam edir.

Mütəxəssislər hesab edir ki, çayda suyun səviyyəsinın artımı bu templə davam edərsə, yaxın vaxtlarda qrunt suları müşahidə oluna bilər.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin