Cəbrayılda minalar aşkarlandı - FOTO

10:05 - 16 Aprel 2024

Cəbrayılda minalar aşkarlandı - FOTO

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildrilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin