ABŞ-da həkim işlədiyi klinikada xəstələrin zərdabına “zəhər” qatdı

14:52 - 16 Aprel 2024

ABŞ-da həkim işlədiyi klinikada xəstələrin zərdabına “zəhər” qatdı

ABŞ-da həkim işlədiyi klinikada xəstələrin zərdablarına “zəhər” qatmaqda günahkar bilinib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Texas ştatının Dallas şəhərindən olan həkim Raynaldo Riviera Ortiz klinikada zərdablara sinir bloklayıcı maddə və digər dərmanlar yeridərək bir həmkarının ölümünə və ən azı 4 xəstənin infarkt keçirməsinə səbəb olduğu açıqlanıb.

ABŞ mediası 190 ilə qədər həbs cəzası istənilən həkim haqqında "tibbi terrorçu" kimi xəbərlər yayıb.

Ortizin bu cinayəti öz əməliyyatlarından birində etdiyi səhvdən sonra cəzalandırıldığı üçün qisas məqsədilə etdiyi iddia edilib.

Məhkəmədə cinayəti elan edilən zaman Ortiz heç bir reaksiya verməyib. Ona verilən cəza növbəti məhkəmədə elan olunacaq.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin